Yazar Administrator
|
03 November 2011
Elşən Nəsibov, Siyasət elmləri üzrə fəlsəfə doktoru, politoloq. 02 noyabr 2011-ci il
İdeya-8. Bakı şəhərinin sakinləri üçün “pikniklər”in (seyretmə yerlərinin, seyrangahların) təşkili və onun əhəmiyyəti
Azərbaycanın, xüsusilə Bakı şəhərinin sürətli inkişafı, şəhər əhalisinin gündəlik olaraq artması, şəhər coğrafiyasının genişlənməsi, yaşayış binalarının, ticarət və istehsalat obyektlərinin, ictimai-iaşə, idman və sağlamlıq, xidmət və digər obyektlərin artması, bununla əlaqədar olaraq memarlığın mürəkkəbləşməsi (sıx şəkildə müxtəlif layihəli binaların inşası), şəhər mənzərəsinin mürəkkəbləşməsi, infrastruktur gərginliyinin artması, nəqliyyat vasitələrinin sıxlığı, hərəkətin məhdudlaşdırılması, bir çox iş yerlərində, xüsusilə özəl sektorlarda rejimsiz əmək fəaliyyəti nəticəsində qeyri-sistemli həyat tərzinin genişlənməsi, eləcə də şəhərin ölkənin siyasi, inzibati, mədəni, elmi, iqtisadi mərkəzinə çevrilməsi şəhər əhalisinin müəyyən qədər rahatlığına mənfi təsirlərini göstərməkdədir.