Ərazi konfliktləri
|
06 September 2011

Hatəm Cabbarlı, siyasi elmlər doktoru, ATSAM Sədri
1987-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin separatçı fəaliyyətə başlamaları ilə yaranan problem 1991-ci ilin sonlarında hərbi əməliyyatlar müstəvisinə keçmiş və 9 may 1994-cü ildə atəşkəs müqaviləsi imzalanana qədər Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal etmişdir. Ermənistanın problemin həll edilməsi prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirməsi nəticəsində bu günə qədər daimi sülh müqaviləsi imzalanmamışdır.


