Geosiyasət və Strategiya
|
18 November 2011
Elşən Nəsibov, siyasət elmləri üzrə fəlsəfə doktoru, politoloq
16 noyabr 2011-ci il
İdeya-15. Bakı şəhərində “beynəlxalq sülh paradları”nın keçirilməsi və əhəmiyyəti
Azərbaycan Şərqlə Qərb arasında mədəni bağlantı yaratmaq iqtidarına malik olan bir ölkədir və dövlət, eləcə də cəmiyyət səviyyəsində apardığı siyasət də onun belə statusunun formalaşmasını şərtləndirir. Regional siyasətin mahiyyətində, mühitində məhz bu amillər dayanır. Tarazlı siyasətə Azərbaycanın milli mentaliteti (milli mentalitetini formalaşdıran genetik təbii psixika (təbii genlərdən yaranan), həmçinin, adət-ənənələrin coğrafi cəhətlərdən qəbul etdiyi elementlər üzrə tərkib zənginliyi, bu elementlərin formalaşdırdığı biofizioloji amillər, anatomik və xarakter quruluşu (insanların daxili aləmləri və xarici görünüşü, obrazı) dini baxışların liberallığı, cəmiyyətdə dünyəviliyə meylliliyin mövcudluğu (həyat tərzindən, cəmiyyətdən götürdükləri elementlər və s.), həm də iqtsadi və coğrafi potensialı imkan verir.


