|
06 January 2012
Hörmətli oxucular, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşən Nəsibovun “İnkişaf və sülh ideyaları” I kitab adlı yeni kitabı nəşr olunub.

Kitabda əsasən Azərbaycanda cəmiyyətin gələcək inkişafı və sülhün qorunub saxlanılması və möhkəmləndirilməsi üçün bəzi ideyalar öz əksini tapır. Qərb və Şərq mədəniyyət arealları arasında aralıq coğrafi mədəniyyət məkanı kimi Azərbaycanın Qərb və Şərq geosiyasi məkanları arasında oynadığı mədəniyyət qovuşdurucu funksiyasının daha da genişlənməsi üçün bəzi ideyalar irəli sürülür, təkliflər verilir. Ölkənin beynəlmiləlləşməsi siyasətinin genişlənməsi məqsədilə ideyalar şəklində bir çox fikirlər bildirilir, yeni təkliflər irəli sürülür. Belə qənaətə gəlinir ki, bir tərəfdən inkişaf, digər tərəfdən beynəlxalq sülh məkanına çevrilmə mövcud və gələcək zamanda ölkənin müdafiə qabiliyyətini artıran əsas istiqamətlərdir.
Kitabda həmçinin qeyd edilir ki, Azərbaycanda sistemli, rasional-estetik cəmiyyətin qurulması ölkənin hazırki və gələcək siyasətinin güclənməsi üçün prioritet istiqamətə çevrilməlidir. Cəmiyyət sürətlə inteqrasiya olunmalı, sivil cəmiyyətlərlə ayaqlaşmalı və keçmişdən hal-hazıra kimi yüklü qalan mənfiliklərdən azad olunmalıdır.
Müəllif hüquqları qorunur. Saytın materiallarına və bizim istinad etdiyimiz materillara qismən və tamamilə istinad edildiyində mənbə mütləq göstərilməlidir. |


