Yazar Administrator
|
11 December 2011
(Dövlət daxilində və beynəlxalq aləmdə)
Dinamik inkişaf; Sabitlik; Sülh (dünya sülhü)
Onuncu yazı
Elşən Nəsibov, siyasət elmləri üzrə fəlsəfə doktoru, politoloq.
28 noyabr 2011-ci il
Dövlət quruluşunda əsasən dövlətin siyasi və ərazi idarəetməsi formaları öz əksini tapır. Dövlət hakimiyyətinin üç qolu (bəzən də bir çox ölkələrdə bu qolların sayı üçdən çox ola bilir-məsələn, mətbuata dördüncü qol kimi baxılır) və hər qolda toplaşan qurumlar, təşkilatlar elə hakimiyyətin məzmununun, idarəetməsinin və münasibətlərin struktur xassəsini əsaslandırır. Ümumiyyətlə, dövlət həm ərazi, həm də hakimiyyət baxımından quruluşa xas olur. Məsələn, ərazi idarəetmələrinə görə (ərazinin quruluşları) unitar (məsələn, Azərbaycan, Türkiyə və s.) və fedarativ (Rusiya, ABŞ, Hindistan, Almaniya və s.), siyasi idarəetmə baxımından (dövlətin siyasi quruluşu) əsasən respublika (prezidentli, parlamentli, qarışıq) və monarxiya quruluşları (konstitusiyalı, mütləqiyyət, dini, yəni teokratik) öz əksini tapır.